Bakı. 24 oktyabr. REPORT.AZ/ ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Azərbaycandan Ermənistana gedib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Bolton səfər zamanı oktyabrın 25-də Ermənistanın baş nazir vəzifələrini icra edən Nikol Paşinyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, müdafiə naziri David Tonoyan, xarici işlər naziri Zoqrab Mnatsakanyanla görüşəcək.
Görüşlər zamanı geniş məsələlər spektri müzakirə olunacaq.
Bundan əvvəl Bakıda səfərdə olan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Dağlıq Qarabağ münaqişəsinin həllinin Amerika üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib.