KİV: "Hindistan-Ermənistan strateji əməkdaşlığı gündəmdən düşə bilər"

KİV: "Hindistan-Ermənistan strateji əməkdaşlığı gündəmdən düşə bilər" Güman ki, Cənubi Qafqazda güc balansı dəyişdikdən sonra Hindistanla Ermənistan əlaqələrini strateji əməkdaşlıq səviyyəsinə çatdıra və münasibətlərini daha da möhkəmləndirə bilməyəcək. Yəni onlar arasında münasibətlər mövcud ikitərəfli əlaqələr səviyyəsind
Region
27 Dekabr , 2023 12:47
KİV: Hindistan-Ermənistan strateji əməkdaşlığı gündəmdən düşə bilər

Cənubi Qafqazda güc balansı dəyişdikdən sonra Hindistan və Ermənistan əlaqələrini strateji əməkdaşlıq səviyyəsinə çatdıra və münasibətlərini möhkəmləndirə bilməyəcəyini ehtimal etmək olar. Yəni onlar arasında münasibətlər mövcud ikitərəfli əlaqələr səviyyəsində qalacaq.

“Report” xəbər verir ki, bu barədə “The National Interest”də dərc olunan “Hindistan və Ermənistan strateji əməkdaşlığa doğru irəliləyirmi?” başlıqlı məqalədə deyilir.

“Son üç ildə Hindistan Ermənistanın əsas silah tədarükçüsünə çevrilib. Müdafiə sahəsində razılaşmalara əsasən “Pinaka” reaktiv yaylım atəş sisteminin, SWATHI radarlarının, tank əleyhinə raketlərin və artilleriya silahları üçün 40 milyon ABŞ dolları məbləğində 155 mm-lik mərmilərin satışı daxildir”, - məqalədə qeyd edilib.

Müəllifin sözlərinə görə, 2022-ci ilin sentyabrında Hindistanda keçirilən konfransda iki ölkə arasında mədəniyyət, rəqəmsal infrastruktur və bərpa olunan enerji sahələri üzrə anlaşma memorandumları imzalanıb.

Qeyd edilib ki, Azərbaycanın Pakistan və Türkiyə ilə sıx münasibətlərinə görə Hindistan Ermənistanı seçib: “Yeni Delhinin bu regionda ən mühüm maraqları strateji əhəmiyyət kəsb edən nəqliyyat layihələri ilə bağlıdır. Hindistanın Ermənistanın da bir hissəsi olduğu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə marağı Avrasiya, Mərkəzi Asiya və Avropa ilə quru əlaqəni təmin etmək istəyinə əsaslanır. Ermənistan da bu nəqliyyat dəhlizinə böyük maraq göstərir”.

Müəllif vurğulayıb ki, lakin 2023-cü ildə Qarabağda separatçı rejimin ləğvindən sonra Hindistanın nisbi susqunluğu Yeni Delhinin Ermənistanla əməkdaşlığa həvəsinin getdikcə azaldığını göstərir.

Onun sözlərinə görə, güman ki, Azərbaycan Qarabağ üzərində tam nəzarəti möhkəmləndirdikdən sonra Hindistan regionda investisiyalar və strateji layihələrə dair planlarının həyata keçirilməsi məsələsinə həvəsini azaldıb:

“Fövqəldövlətlərin Cənubi Qafqazda artan iştirakı Hindistan-Ermənistan münasibətlərinin strateji tərəfdaşlığa çevrilməsinə də mane ola bilər. Ermənistan cəmiyyətində ABŞ-yə doğru nəzərəçarpacaq dərəcədə dəyişiklik müşahidə olunur ki, bu da Moskvada narahatlıq yaradır. Amma rəsmi Yeni Delhi ABŞ və Rusiya arasında daha bir Soyuq müharibə cəbhəsinə qoşulmaq istəməzdi”.

Bütün bu məsələləri nəzərə alan müəllif vurğulayıb ki, indiki vəziyyətdə Hindistan güman ki, Ermənistanla əməkdaşlıq səviyyəsini strateji səviyyəyə yüksəltməyə çalışmadan bu ölkə ilə münasibətlərini iqtisadiyyat və müdafiə sahələrində ikitərəfli əlaqələr səviyyəsində saxlayacaq.

Son xəbərlər

Orphus sistemi