Cənubi Koreya prezidenti 54 ildə ilk dəfə İrana səfər edəcək
Region
- 18 aprel, 2016
- 08:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 aprel. REPORT.AZ/ Cənubi Koreyanın tarixində ilk dəfə ölkə prezidenti Pak Kın He İrana rəsmi səfər edəcək.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Cənubi Koreya prezidentinin "Mavi ev" ("Çxonvade") adlı sarayının mətbuat xidməti məlumat yayıb.
İnformasiyaya əsasən, səfər bu ilin mayın 1-də başlayacaq və 3-dək davam edəcək.
Səfər çərçivəsində Pak Kın He İran prezidenti Həsən Ruhani ilə görüşəcək. Görüşdə energetika, infrastruktur, səhiyyə sahələrinə və ətraf mühitin qorunmasına dair məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibət 1962-ci ildə qurulub. Ötən müddət ərzində Cənubi Koreyanın prezidenti İrana rəsmi səfər etməyib.
Son xəbərlər
09:11
Mikayıl Cabbarov: Ərazi bütövlüyünün bərpası Azərbaycanın qüdrətini daha da artırıb
Daxili siyasət
09:06
Şəmkirdə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb
Hadisə
09:02
BƏƏ Milli Qvardiyası Oman körfəzində yanan gəmidən insanları xilas edib
Digər ölkələr
09:00
"Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
Futbol
08:55
Paraqvayın keçmiş Mərkəzi Bank rəhbəri Ueno Bank işi üzrə həbs edilib
Digər ölkələr
08:43
Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
Media
08:31
Koalisiya qüvvələri husilərin ballistik raketini vurub
Digər ölkələr
08:17
Ceyhun Bayramov: Parlaq zəfər xalqımızın birliyinin və sarsılmaz dövlətçilik əzminin təcəssümüdür
Daxili siyasət
08:12
XİN: Zəfər Günü milli həmrəyliyimizin, dövlətçilik iradəmizin və gələcəyə olan inamımızın rəmzidir
Daxili siyasət