Çavuşoğlu: Türkiyə Bəşər Əsədlə əməkdaşlığı nəzərdən keçirə bilər

Çavuşoğlu: Türkiyə Bəşər Əsədlə əməkdaşlığı nəzərdən keçirə bilər Bakı. 18 dekabr. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın Bəşər Əsəd rejimi ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirməsinə dair iddiaları təkzib edib.
Region
18 Dekabr , 2018 03:44
Çavuşoğlu: Türkiyə Bəşər Əsədlə əməkdaşlığı nəzərdən keçirə bilər

Bakı. 18 dekabr. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın Bəşər Əsəd rejimi ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirməsinə dair iddiaları təkzib edib.

“Report” xəbər verir ki, XİN rəhbərinin sözlərini "Anadolu" agentliyi sitat gətirib.

"Biz Əsədin etdiklərini qəbul etdiyimizi heç vaxt deməmişik və deməyəcəyik. Bizə sual olunub: ədalətli seçkilər keçiriləcəyi təqdirdə Əsədlə işləyəcəksinizmi? Mən cavab verdim: əgər belə (demokratik – red.) seçkilər olarsa, hamı bu vəziyyəti nəzərdən keçirə bilər. Mən bizim Əsədlə işləyəcəyimiz və ya onu qəbul edəcəyimiz anlamına gələ biləcək ifadə işlətməmişəm", - deyə Çavuşoğlu bildirib.

Son xəbərlər

Orphus sistemi