Çavuşoğlu: “Gürcüstan hər zaman Türkiyənin dəstəyinə arxalana bilər”

Çavuşoğlu: “Gürcüstan hər zaman Türkiyənin dəstəyinə arxalana bilər” “Ümumi məqsədlərimizə nail olmaq yolunda Gürcüstan hər zaman Türkiyənin dəstəyinə arxalana bilər”.
Region
14 Aprel , 2022 10:18
Çavuşoğlu: “Gürcüstan hər zaman Türkiyənin dəstəyinə arxalana bilər”

“Ümumi məqsədlərimizə nail olmaq yolunda Gürcüstan hər zaman Türkiyənin dəstəyinə arxalana bilər”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcü həmkarı İlya Darçiaşvilinin təyinatı münasibətilə göndərdiyi təbrik məktubunda bildirib.

XİN başçısı gürcüstanlı həmkarı ilə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün sıx əməkdaşlığa ümidvar olduğunu ifadə edib: “Qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrimizi daha da gücləndirmək üçün sizinlə yaxından işləməyi səbirsizliklə gözləyirəm. Bu da öz növbəsində xalqlarımızın rifahına, eləcə də regionun sülh və sabitliyinə töhfə verəcək”.

İ.Darçiaşvili azərbaycanlı və erməni həmkarları – Ceyhun BayramovArarat Mirzoyan da daxil olmaqla bir sıra həmkarlarından da təbrik məktubları alıb. Nazirlər Gürcüstanın XİN başçısına gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Son xəbərlər

Orphus sistemi