Çavuşoğlu Blinkenlə Suriya məsələsini müzakirə edib

Çavuşoğlu Blinkenlə Suriya məsələsini müzakirə edib Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Region
22 Dekabr , 2022 21:04
Çavuşoğlu Blinkenlə Suriya məsələsini müzakirə edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı Suriyada terrorla mübarizədə qətiyyətliliklərini davam etdirəcəklərini vurğulayıblar.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, eyni zamanda tərəflər Ukraynada baş verən son hadisələr, xüsusilə taxıl sazişinin icrası, NATO-nun genişlənməsi, “F-16”ların tədarükü prosesi və qarşıdan gələn səfər qrafikini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi