Bursa bələdiyyəsinin sədri istefa verib

Bursa bələdiyyəsinin sədri istefa verib O, vəzifəsindən ayrıldığına dair qərarı Kaplıkaya Hacıvat Dərəsinin bərpası və Bağlaraltı Siteler körpüsünün açılışından sonra elan edib
Region
23 Oktyabr , 2017 17:44
Bursa bələdiyyəsinin sədri istefa verib

Bakı. 23 oktyabr. REPORT.AZ/ Türkiyənin Bursa Böyük Şəhər Bələdiyyəsinin sədri Rəcəb Altepe istefa verib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, vəzifəsindən ayrıldığına dair qərarı Kaplıkaya Hacıvat Dərəsinin bərpası və Bağlaraltı Siteler körpüsünün açılışı mərasimindən sonra elan edib.

“Burasnı, bursalılar sevirik. Bursaya minlərlə əsər qazandırdıq. Stadiondan elm mərkəzinə qədər olan binalar 140 ildən sonra tikilən binalardır. Bu əsərlərlə biz tarixə keçmiş olacağıq. Biziləri dəstəkləyən Bursa sakinlərinə borcumuzu verməyə davam edəcəyik. Bursa hər zaman nümunə və öndə olub”, -deyə R.Altepe vurğulayıb.

O qeyd edib ki, hakim Ədalət və İnkişaf Patriyasının sədri, prezident Rəcəb Tayyib Ərdoğanla qarşıdurmaya getmək istəmir və ona görə də bələdiyyə sədrliyindən istefa verir. 

Xatırladaq ki, R.T.Ərdoğan onun istefasını istəmişdi. 

O, Türkiyənin hakim Ədalət və İnkişaf Patriyasının üzvüdür.

Qeyd edək ki, Türkiyə prezidenti oktyabrın 23-də Ankara Böyük Şəhər Bələdiyyəsinin sədir Melih Gökçəki qəbul edib. R.T.Ərdoğan onun da istefasını istəyir. M.Gökçekin isə oktyabrın 24-də istefa vercəyi gözlənilir.

Türkiyə prezidenti Balıkesir Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Edip Uğurun da istefasını tələb edir. 

Qeyd edək ki, hər iki bələdiyyə sədri hakim Ədalət və İnkişaf Partiyasının üzvləridir.

Son xəbərlər

Orphus sistemi