Bundestaqın vitse-prezidenti: “Gürcüstan Azərbaycan və Ermənistanı əlaqələndirir”
- 16 fevral, 2020
- 15:05
Yeniliklərdən dərhal xəbərdar olun!
“Gürcüstan bölgədə əhəmiyyətli rol oynayır”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Almaniya Bundestaqının vitse-prezidenti Klaudiya Rot Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşdən sonra bildirib.
Onun sözlərinə görə, Gürcüstan bölgəni əlaqələndirir: “Gürcüstanda sabitlikdir, ölkənin qonşuları isə münaqişədədirlər. Ermənilərin Azərbaycana, azərbaycanlıların isə Ermənistana heç vaxt getməyəcəklərini demələrini, o zaman gəlin birlikdə Gürcüstanda görüşək sözlərini eşitmişəm”.
K.Rot qeyd edib ki, avropalılar Gürcüstanı dəstəkləməlidirlər: “Biz avropalılar Gürcüstanın qarşısında duran çağırışların həllində ölkəni dəstəkləməklə bağlı məsuliyyət daşıyırıq”.