Bu il Ukraynada vətəndaşlıq alan Azərbaycan vətəndaşlarının sayı məlum olub

Bu il Ukraynada vətəndaşlıq alan Azərbaycan vətəndaşlarının sayı məlum olub 2023-cü ildə noyabrın 1-ə qədər Ukrayna vətəndaşlığını alan azərbaycanlıların sayı məlum olub.
Region
18 noyabr 2023 08:29
Bu il Ukraynada vətəndaşlıq alan Azərbaycan vətəndaşlarının sayı məlum olub

2023-cü ildə noyabrın 1-nə qədər Ukrayna vətəndaşlığını alan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Bu barədə "Report"un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq Ukrayna Dövlət Miqrasiya Xidmətindən bildiriblər ki, bu müddət ərzində 199 Azərbaycan vətəndaşı Ukrayna vətəndaşlığını alıb.

Onlardan 3-ü uşağa qəyyumluğun müəyyən edilməsi, 15 nəfər Ukraynada doğulan, 177 nəfər ərazi mənşəyinə görə, 4 nəfər isə valideynlərindən birinin Ukrayna vətəndaşlığında qalması ilə əlaqədar vətəndaşlıq alıb.

Son xəbərlər

Orphus sistemi