Bu günədək Estoniyada koronavirusdan 55 nəfər ölüb

Region
  • 04 may, 2020
  • 09:17
Bu günədək Estoniyada koronavirusdan 55 nəfər ölüb

Estoniyada koronavirusa (COVID-19) yoluxanların sayı 1 703-ə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti açıqlama yayıb.

Estoniyada son sutkada daha 3 yoluxma hadisəsi qeydə alınıb. Ölkə üzrə pandemiyadan 55 pasiyent ölüb, 259 nəfər isə sağalıb.

Qeyd edək ki, Estoniya Nazirlər Kabinetinin qərarı ilə fövqəladə vəziyyət rejimi mayın 17-dək uzadılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 581 000-i ötüb. Bunların 1 159 500 nəfəri sağalıb, 248 555 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.