Bu gün Astanada Şanxay Əməkdaşlıq Təşkilatının 17-ci sammiti işə başlayır

Bu gün Astanada Şanxay Əməkdaşlıq Təşkilatının 17-ci sammiti işə başlayır Tədbirdə təhlükəsizlik, əməkdaşlığın genişləndirilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulub
Region
9 İyun , 2017 09:28
Bu gün Astanada Şanxay Əməkdaşlıq Təşkilatının 17-ci sammiti işə başlayır

Astana. 9 iyun. REPORT.AZ/ Bu gün Qazaxıstan paytaxtı Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 17-ci sammiti işə başlayır

“Report”un Astanaya ezam edilmiş müxbirin məlumatına görə, sammitin işində təşkilata üzv dövlətlərin başçıları - Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Çin Xalq Respublikasının sədri Si Tszinpin, Qırğızıstan prezidenti Almazbek Atambayev, Rusiya prezidenti Vladimir Putin, Tacikistan prezidenti Emomali Raxmon, Özbəkistan prezidenti Şavkat Mirzieyev, habelə təşkilatın müşahidəçi dövlətləriin rəhbərləri - Əfqanıstan prezidenti Mohammad Əşrəf Qani, Belarus prezidenti Aleksandr Lukaşenko, Monqolustan prezidenti Tsaxiaqiyn Elbeqdorj və İranın xarici işlər nazirinin müavini İbrahim Rahimpurun iştirakı gözlənilir.

Dövlət başçılarının görüşündə təhlükəsizlik, əməkdaşlığın genişləndirilməsi kimi məsələlərin müzakirəsi nəzərdə tutulub. Bu sammitdə təşkilata daha iki dövlətin - Hindistan və Pakistanın üzv olması gözlənilir. Bu baş tutsa, ŞƏT-ə üzv ölkələrin ümumi əhali sayı 3 mlrd.-a çatacaq ki, bu da dünya əhalisinin təxminən yarısı deməkdir. 

Qeyd edək ki, ŞƏT 2001-ci ildə yaradılıb və təşkilata 6 dövlət – Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacıkistan və Özbəkistan üzvdür. Azərbaycan bu təşkilatda dialoq üzrə tərəfdaş rolunu oynayır. 

Bundan öncəki sammit ötən il iyunun 23-24-də Daşkənddə (Özbəkistan) keçirilib.

Son xəbərlər

Orphus sistemi