Brüsseldə Gürcüstanın NATO-ya üzvlüyü müzakirə edildi

Region
  • 13 fevral, 2020
  • 15:42
Brüsseldə Gürcüstanın NATO-ya üzvlüyü müzakirə edildi

“Gürcüstanın NATO-ya üzvlüklə bağlı səyləri dönməz prosesdir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə bildirib.

Nazir deyib ki, Gürcüstan NATO-ya üzv olmaq məqsədinə nail olmaq üçün Alyansla əməkdaşlıq üçün bütün praktiki mexanizmləri uğurla istifadə edib.

Görüşdə NATO-Gürcüstan Tədbirlər Paketinin yenilənməsi, Gürcüstanın müdafiə qüvvələrində həyata keçirilən islahatlar və ölkənin Qara dəniz bölgəsində təhlükəsizliyin möhkəmləndirilməsindəki rolu müzakirə olunub.

Qeyd olunub ki, Gürcüstan NATO-ya inteqrasiyada uğurlu nümunədir və ölkə beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına böyük töhfələr verir.