Britaniyanın XİN başçısı: “Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etməkdə haqlıdır”

Britaniyanın XİN başçısı: “Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etməkdə haqlıdır” Onun sözlərinə görə, rəsmi London Afrindəki prosesləri, əməliyyatların gedişini yaxından izləyir
Region
22 Yanvar , 2018 16:31
Britaniyanın XİN başçısı:  “Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etməkdə haqlıdır”
Böyük Britaniyanın xarici işlər naziri Boris Conson / Getty Images

Bakı. 22 yanvar. REPORT.AZ/ “Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün addımlar atmaqda haqlıdır”.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi antiterror əməliyyatlarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, rəsmi London Afrindəki prosesləri, əməliyyatların gedişini yaxından izləyir: “Türkiyə sərhədlərinin təhlükəsizliyini təmin etməkdə haqlıdır. Zorakılığı azaltmaq və ən əsas hədəfi-Suriyada Əsəd rejiminin başa çatdırılması üçün həyata keçirilən siyasi prosesi dəstəkləyirik”. 

Son xəbərlər

Orphus sistemi