​Britaniyanın baş naziri: "Rusiyaya qarşı sanksiyalar qalacaq"

​Britaniyanın baş naziri: "Rusiyaya qarşı sanksiyalar qalacaq" Devid Kemeron: "Minsk razılaşmasına tam əməl edilənədək sanksiyaların qalmasını razılaşdırmışıq"
Region
29 May , 2015 20:13
​Britaniyanın baş naziri: Rusiyaya qarşı sanksiyalar qalacaq

Bakı. 29 may. REPORT.AZ/ "Böyük-7"lik ("G7") hesab edir ki, Minsk razılaşması tam yerinə yetirilənədək Rusiyaya qarşı sanksiyalar qalmalıdır. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Britaniyanın baş naziri Devid Kemeron Berlində Almaniyanın kansleri Angela Merkellə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

""G7"nin qarşıdan gələn zirvə toplantısında biz Ukraynanın şərqində şəraitin tənzimlənməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Minsk razılaşmasına tam əməl edilənədək sanksiyaların qalmasını razılaşdırmışıq", - o bildirib.

Qeyd edək ki, Devid Kemeron Almaniyada rəsmi səfərdədir. 

Son xəbərlər

Orphus sistemi