Britaniya Türkiyəyə təcili dəstək göndərib

Britaniya Türkiyəyə təcili dəstək göndərib “Böyük Britaniya 76 axtarış-xilasetmə mütəxəssisi, avadanlıq və xilasedici itlərdən ibarət qrup daxil olmaqla Türkiyəyə təcili dəstək göndərib”.
Region
6 Fevral , 2023 17:01
Britaniya Türkiyəyə təcili dəstək göndərib

“Böyük Britaniya 76 axtarış-xilasetmə mütəxəssisi, avadanlıq və xilasedici itlərdən ibarət qrup daxil olmaqla Türkiyəyə təcili dəstək göndərib”.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya xarici işlər naziri Ceyms Keleverli tviterdə yazıb.

O bildirib ki, Britaniya lazım gələrsə, bundan sonra da Türkiyəyə dəstək verməyə hazırdır.

Qeyd edək ki, gecə saatlarında Türkiyədə baş verən zəlzələ nəticəsində 1014 nəfər həlak olub.

Son xəbərlər

Orphus sistemi