Britaniya kəşfiyyatı: "Rusiya-Ukrayna müharibəsi tezliklə yeni mərhələyə keçəcək"

Britaniya kəşfiyyatı: "Rusiya-Ukrayna müharibəsi tezliklə yeni mərhələyə keçəcək" Rusiya ilə Ukrayna arasındakı müharibə tezliklə yeni mərhələyə keçəcək və ən şiddətli döyüşlər Zaporojyedən Xersona qədər cənub-qərbdə Dnepr çayına paralel təxminən 350 km uzanan cəbhə xətti boyunca olacaq.
Region
6 Avqust , 2022 15:28
Britaniya kəşfiyyatı: Rusiya-Ukrayna müharibəsi tezliklə yeni mərhələyə keçəcək

Rusiya ilə Ukrayna arasındakı müharibə tezliklə yeni mərhələyə keçəcək və ən şiddətli döyüşlər Zaporojyedən Xersona qədər cənub-qərbdə Dnepr çayına paralel təxminən 350 km uzanan cəbhə xətti boyunca olacaq.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyinin tviter səhifəsində dərc olunan Britaniya kəşfiyyatının hesabatında deyilir.

“Rusiya qüvvələri Ukraynanın əks-hücumunu gözləyərək və ya mümkün hücuma hazırlaşaraq cənubda cəmləşir. Rusiyanın hərbi yük maşınları, tankları, yedəkli artilleriya qurğuları və digər silahlardan ibarət uzun kolonlar Donbass bölgəsindən ayrılaraq cənub-qərbə doğru hərəkət edir. Həmçinin Melitopol, Berdyansk, Mariupoldan və Kerç körpüsündən keçməklə Rusiyanın materik hissəsindən Krım yarımadasına doğru hərəkət müşayiət olunub”, - məlumatda bildirilib.

Kəşfiyyat məlumatına görə, 800-1000 nəfərdən ibarət tabor-taktiki qrupları (TTQ) artıq Krıma yerləşdirilib və böyük ehtimalla, Xerson bölgəsində rus qoşunlarını dəstəkləmək üçün istifadə olunacaq. “Avqustun 2-də Krıma yeni TTQ yeridilib, həmçinin Şərqdəki qüvvələr qrupundan da TTQ cəlb olunur və kəşfiyyat məlumatlarına görə, onlar da yaxın günlərdə böyük ehtimalla Xerson bölgəsinə göndəriləcəklər”, - tviterdə qeyd olunub.

“Ukrayna qüvvələri Rusiyanın maddi-texniki təchizatını artırmaq qabiliyyətini zəiflətmək üçün bloklama, zədələmə və dağıtma kombinasiyasından istifadə edir və daha çox Ukraynanın cənub bölgələrində körpüləri, silah-sursat anbarlarını və dəmir yollarını, o cümlədən Xersonu Krımla birləşdirən strateji əhəmiyyətli dəmir yolu xəttini hədəfə alır”, - Birləşmiş Krallığın Müdafiə Nazirliyindən əlavə edilib.

Son xəbərlər

Orphus sistemi