Azərbaycanlıların yaşadıqları Bolnisidə karantin qaydaları tətbiq olunacaq

Azərbaycanlıların yaşadıqları Bolnisidə karantin qaydaları tətbiq olunacaq Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə yeni karantin qaydaları tətbiq ediləcək.
Region
14 May , 2020 22:18
Azərbaycanlıların yaşadıqları Bolnisidə karantin qaydaları tətbiq olunacaq

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə yeni karantin qaydaları tətbiq ediləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Qərara əsasən, mayın 18-dən etibarən Bolnisiyə giriş-çıxış qadağan olunacaq, rayon ərazisində iqtisadi fəaliyyət dayandırılacaq. Bələdiyyə ərazisində hərəkət də məhdudlaşdırılacaq.

Qeyd edək ki, yeni karantin qaydalarının tətbiqi Bolnisidə bu gün COVID-19 virus infeksiyasına 15 yeni yoluxma halının qeydə alınması ilə bağlıdır.

Yoluxma hallarının 7-si Muşevani (Dəllər), 8-i isə Geta (Aşağı Güləver) kəndinin payına düşüb.

Bununla da Bolnisidə koronavirusa yoluxanların ümumi sayı 137-yə çatıb. Onlarin 46-sı artıq müalicə olunaraq sağalıb, 3-ü isə vəfat edib.

Son xəbərlər

Orphus sistemi