BMT-nin Ali Komissarı Ukrayna səfərinə İrpen və Buça şəhərlərindən başlayıb

BMT-nin Ali Komissarı Ukrayna səfərinə İrpen və Buça şəhərlərindən başlayıb Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk Ukraynaya rəsmi səfəri çərçivəsində Buça və İrpen şəhərlərində olub.
Region
5 Dekabr , 2022 12:02
BMT-nin Ali Komissarı Ukrayna səfərinə İrpen və Buça şəhərlərindən başlayıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk Ukraynaya rəsmi səfəri çərçivəsində Buça və İrpen şəhərlərində olub.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Mətbuat Xidməti məlumat yayıb.

F.Türkün Ukrayna hökumətinin dəvəti ilə bu ölkəyə 4 günlük səfər etdiyi bildirilir.

"Hazırda mən fevralın 24-də Rusiya Federasiyasının müdaxiləsi nəticəsində başlanmış bu dəhşətli müharibənin qurbanları ilə həmrəy olmaq üçün Ukraynadayam. Xüsusilə bu çətin qış aylarında həmrəyliyimizi ifadə etmək üçün buradayam", - o deyib.

BMT nümayəndəsi bir çox ukraynalıların bu qışı çətin keçirdiklərini, ölkə ərazisində elektrik enerjisi və qazın verilməsində fasilələrin yarandığını vurğulayıb.

Bu şəhərlərdə baş verən faciəli hadisələri xatırladan BMT-nin Ali Komissarı mülki şəxslərin öldürülməsinə son qoymağa, eləcə də beynəlxalq humanitar hüquqa və beynəlxalq insan haqları hüququna hörmət etməyə çağırıb.

F.Türk səfər çərçivəsində Kiyevə və bu vilayətdəki yaşayış məntəqələrinə baş çəkəcək. Onun Xarkov, İzyum, Ujqorod şəhərlərinə gedəcəyi də gözlənilir. Səfər zamanı yerli hakimiyyət orqanları, itkin düşmüş mülki şəxslərin qohumları və hərbi əsirlərin qohumları ilə görüş nəzərdə tutulub. Ali Komissarın dekabrın 7-də Kiyevdə yekun mətbuat konfransı keçiriləcək.

Son xəbərlər

Orphus sistemi