"
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreşin müraciətində deyilir.
Müraciət Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) Baş Konfransı iştirakçılarına BMT-nin Narkotiklər və Cinayətkarlıq Ofisinin icraçı direktoru Yuri Fedotov tərəfindən elan edilib.
“Müştərək Əhatəli Plan çərçivəsində İranın öhdəliklərini yoxlamaq üçün İAEA-nın səylərini alqışlayıram. Lakin İranın nüvə məsələsi ilə bağlı gərginliyin artması bizi getdikcə daha çox narahat edir. Regionda sülhü və sabitliyi təmin etmək üçün davamlı dialoq həddindən artıq zəruridir”, – müraciətdə vurğulanır.
Xatırladaq ki, bu gün BMT-nin Vyana bölməsində işə başlayan İAEA Baş Konfransının 63-cü sessiyası zamanı 170-dən çox ölkənin nümayəndəsi sentyabrın 20-dək nüvə enerjisi, nüvə təhlükəsizliyi, nüvə silahlarının yayılmamasına dair zəmanətlər, İran və Şimali Koreyanın nüvə silahları ilə bağlı məsələlər ətrafında müzakirələr aparılacaq.