BMT: Ukraynada müharibədə 720-dən çox mülki şəxs ölüb

BMT: Ukraynada müharibədə 720-dən çox mülki şəxs ölüb Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək 726 dinc sakin ölüb, 1 174 nəfər yaralanıb.
Region
16 Mart , 2022 22:40
BMT: Ukraynada müharibədə 720-dən çox mülki şəxs ölüb

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək 726 dinc sakin ölüb, 1 174 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) bəyanatında deyilir.

Məlumata görə, 3 milyon 63 min 95 ukraynalı hərbi əməliyyatlar səbəbindən qonşu ölkələrə, əsasən də Polşaya gedib.

Fevralın 18-dən fevralın 23-dək Ukraynanın Donetsk və Luqansk vilayətlərindən 96 min insan Rusiyaya keçib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı xəbərdarlıq edib ki, mülki qurbanların faktiki sayı daha çox ola bilər.

Son xəbərlər

Orphus sistemi