Çavuşoğlu Blinkenlə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Çavuşoğlu Blinkenlə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib ABŞ-nin paytaxtı Vaşinqtonda səfərdə olan Mövlud Çavuşoğlu ilə amerikalı həmkarı Entoni Blinken arasında görüş başlayıb.
Region
19 Yanvar , 2023 00:58
Çavuşoğlu Blinkenlə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Entoni Blinkenlə görüşdə Azərbaycan-Ermənistan arasında olan normallaşma prosesini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin XİN başçısı görüşdən sonra mətbuata açıqlamasında bildirib.

“Qafqazdakı proseslər, Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi apardıq”, - M. Çavuşoğlu vurğulayıb.

23:56

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Entoni Blinkenlə Qafqazdakı prosesləri müzakirə edəcək.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin XİN başçısı görüşdən öncə mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, görüşdə başda PKK terror təşkilatı olmaqla terrorla mübarizə, Suriya, Şərqi Aralıq dənizi, Yaxın Şərq və Qafqazda baş verən proseslər müzakirə olunacaq.

23:14

ABŞ-nin paytaxtı Vaşinqtonda səfərdə olan Mövlud Çavuşoğlu ilə amerikalı həmkarı Entoni Blinken arasında görüş başlayıb.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, görüşdə Türkiyəyə “F-16” qırıcılarının satışı daxil olmaqla ikitərəfli münasibətlər müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi