Binəli Yıldırım: "Afrində anti-terror əməliyyatları 4 həftə davam edəcək"

Binəli Yıldırım: "Afrində anti-terror əməliyyatları 4 həftə davam edəcək" "Suriyanın bu şəhərində 10 minə yaxın terrorçu var"
Region
21 Yanvar , 2018 13:51
Binəli Yıldırım: Afrində anti-terror əməliyyatları 4 həftə davam edəcək

Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyənin Suriyanın Afrin şəhərində kürd terrorçulara qarşı başladığı "Zeytun budağı" hərbi əməliyyatı 4 həftə davam edəcək.

“Report” "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, bunu jurnalistlərə Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Terrorçuları dəstəkləyən istənilən qüvvənin əməliyyat hədəfinə çevriləcəyini bildirən baş nazir əlavə edib:

"Afrində ümumilikdə 8-10 minə yaxın terrorçu var…Biz əməliyyat zamanı 30 km məsafədə təhlükəsiz zona yaradacağıq".

Yıldırım həmçinin qeyd edib ki, bu hərbi əməliyyat Soçi və Astana (Suriya nizamlanması üzrə) proseslərinə təsir etməyəcək.

Son xəbərlər

Orphus sistemi