Beynəlxalq Valyuta Fondu Moldovaya 440 milyon dollar kredit verəcək

Beynəlxalq Valyuta Fondu Moldovaya 440 milyon dollar kredit verəcək Moldova parlamenti hökumətin Beynəlxalq Valyuta Fondundan (BVF) ümumilikdə təxminən 440 milyon ABŞ dolları məbləğində iki kredit götürmək qərarını təsdiqləyib.
Region
22 Yanvar , 2022 07:08
Beynəlxalq Valyuta Fondu Moldovaya 440 milyon dollar kredit verəcək

Moldova parlamenti hökumətin Beynəlxalq Valyuta Fondundan (BVF) ümumilikdə təxminən 440 milyon ABŞ dolları məbləğində iki kredit götürmək qərarını təsdiqləyib.

"Report" Moldova mətbuatına istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.

BVF-dən xarici dövlət krediti genişləndirilmiş kredit və maliyyələşdirmə mexanizmləri vasitəsilə cəlb ediləcək.

Vəsaitlərin Moldovada infrastruktur, enerji, səhiyyə, təhsil sahələrində müxtəlif layihələrin həyata keçirilməsinə, eləcə də yeni iş yerlərinin yaradılmasına yönəldilməsi nəzərdə tutulur. Hər iki kredit on il ərzində ödənilməlidir.

Eyni zamanda, uzadılmış kreditləşmə mexanizmi vasitəsilə respublikaya təqribən 147 milyon ABŞ dolları vəsait daxil olacaq.

Son xəbərlər

Orphus sistemi