Bəşşar Əsəd Gürcüstanın Cənubi Osetiya bölgəsinə səfər etməyi planlaşdırır

Bəşşar Əsəd Gürcüstanın Cənubi Osetiya bölgəsinə səfər etməyi planlaşdırır Bakı. 4 avqust. REPORT.AZ/ Suriyadakı rejimin başçısı Bəşşar Əsəd Gürcüstanın Cənubi Osetiya bölgəsinə səfər etməyi planlaşdırır.
Region
4 Avqust , 2018 17:03
Bəşşar Əsəd Gürcüstanın Cənubi Osetiya bölgəsinə səfər etməyi planlaşdırır
Bəşşar Əsəd

Bakı. 4 avqust. REPORT.AZ/ Suriyadakı rejimin başçısı Bəşşar Əsəd Gürcüstanın Cənubi Osetiya bölgəsinə səfər etməyi planlaşdırır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Cənubi Osetiyadakı separatçıların başçısı Anatoli Bibilov Suriyada səfərdə olub. 

O, səfər çərçivəsində Bəşşar Əsədlə görüşüb.

Qeyd edək ki, Bəşşar Əsədin başçılıq etdiyi Suriya mayın 29-da tanınmamış “Cənubi Osetiya Respublikası” və Abxaziyanın “müstəqilliyi"ni "tanıdığı” barədə bəyanat yayıb. Separatçılarla Əsəd rejimi arasında “diplomatik münasibətlər"in” "səfirlik” səviyyəsində qurulmasına dair razılıq əldə olunduğu da bildirilib. Bu da rəsmi Tbilisinin kəskin etirazlarına səbəb olub. Gürcüstan xarci işlər nazirinin müavini David Dondua bildirib ki, ölkəsi Suriya ilə diplomatik münasibətləri kəsib. 

Son xəbərlər

Orphus sistemi