Bəqai: Hörmüzdə göstərilən xidmətlərə görə haqq alınmalıdır
Region
- 13 iyun, 2026
- 20:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Hörmüz boğazında göstərilən xidmətlərə görə haqq alınmalıdır.
"Report" xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
"İranın Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi üzrə addımları həm milli təhlükəsizliyin qorunmasına, həm də beynəlxalq ictimaiyyətin ümumi rifahına yönəlib", - o vurğulayıb.
İ. Bəqai bildirib ki, dondurulmuş İran səhmlərinin blokdan çıxarılması razılaşmanın ayrılmaz hissəsi olacaq. "Hazırkı mərhələdə diqqəti müharibənin dayandırılmasına və Livan məsələsinə yönəltmək qərara alınıb", o bildirib və əlavə edib ki, regionda xarici hərbi bazaların, həmçinin qüvvələrin mövcudluğuna son qoyulmalıdır.
Son xəbərlər
08:27
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib – Yenilənib
Region
07:50
STAR NEZ Türkiyədə sentyabrda 25 min tondan çox LPG istehsal edib
Energetika
07:20
İranda aşan avtobusda 11 nəfər ölüb, 19 nəfər yaralanıb – Yenilənib
Region
07:09
Egey dənizində zəlzələ olub
Region
06:56
ABŞ-də dizel iki ayda ilk dəfə ucuzlaşıb
Digər ölkələr
06:24
Səudiyyə Ərəbistanı səmasında husilərin raket və PUA-ları vurulub
Digər ölkələr
05:24
Şotlandiyada minlərlə insan Sİ üçün data-mərkəzlərin tikintisinə qarşıdır
Digər ölkələr
05:05
Muğlada avtomobil elektrik dirəyinə çırpılıb, ölən və yaralananlar var
Region
04:33
Foto
INL: Qərbi Balkanın cinayət şəbəkələri ABŞ vətəndaşları üçün təhlükə yaradır
Digər ölkələr