Belçikada PKK-nın keçirməyi planlaşdırdığı "Kürd mədəniyyət həftəsi" ləğv edilib

Region
  • 19 sentyabr, 2016
  • 08:37
Belçikada PKK-nın keçirməyi planlaşdırdığı Kürd mədəniyyət həftəsi ləğv edilib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Brüssel şəhər bələdiyyəsi "Kürd mədəniyyət həftəsi"nin keçirilməsini ləğv edib.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, tədbirin təşəbbüskarı terrorçu PKK qruplaşmasının tərəfdarlarıdır.

Məlumata görə, terrorçu qruplaşmanın tərəfdarları sentyabrın 22-də Brüsseldə "Kürd mədəniyyət həftəsi" keçirməyi planlaşdırırmış. Tədbirin keçirilməsinə əvvəlcə icazə verilib, ancaq Brüssel şəhər bələdiyyəsinin sədri İvan Mayer heç bir səbəb göstərmədən onu ləğv edib. 

44 filmi