Belarusda “qara rieltor”lar edam edilib

Region
  • 28 noyabr, 2018
  • 14:57
Belarusda “qara rieltor”lar edam edilib

Bakı. 28 noyabr. REPORT.AZ/ Belarusda “qara rieltor”lara qarşı məhkəmənin ikinci müttəhimi İqor Gerşankov barəsində çıxarılan edam hökmü icra olunub.

“Report” RBK-ya istinadən xəbər verir ki, Mogilov Vilayət Məhkəməsinin qərarı ilə o, 6 nəfəri qətlə yetirməkdə, daha üç nəfərin qətlini hazırlamaqda ittiham olunub.

“Vesna” adlı insan hüquqları mərkəzinin saytında hökmün icra olunması ilə bağlı İhor Gerşankovun anasına məlumat verildiyi qeyd olunub. Ötən gün isə başqa müttəhim Semion Berejnoi edam edilmişdi.

Qeyd edək ki, 2017-ci ilin iyul ayında Gerşankov və Berejnoi barəsində edam hökmü çıxarılmışdı. İstintaq materiallarına görə, 2009-2015-ci illər ərzində fəaliyyət göstərən dəstə üzvləri vətəndaşlara mənzil alğı-satqısına dair vasitəçilik yardımı təklif edir, müqavilə imzalandıqdan sonra müştərilərini öldürürdülər. Bəzilərini spirtli içki və narkotiklə huşsuz vəziyyətə gətirib diri-diri basdırmışdılar. Qatillər hər satdıqları mənzildən 25 min dollar gəlir əldə ediblər.