Batumidə gecə klubunda yanğın baş verib, xəsarət alanlar var

Batumidə gecə klubunda yanğın baş verib, xəsarət alanlar var Yanğına səbəb kondisionerin partlaması olub, alov bir anda bütün zalı bürüyüb
Region
22 Fevral , 2017 10:25
Batumidə gecə klubunda yanğın baş verib, xəsarət alanlar var

Bakı. 22 fevral. REPORT.AZ/ Batumidə "Arena" gecə klubunda yanğının baş verməsi nəticəsində bir qadın həlak olub. Bunu "Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir. 

Şahidlərin sözlərinə görə, yanğına səbəb partlamış kondisioner olub və alov bir anda bütün zalı bürüyüb. Həmin vaxt klubda 30-dan artıq adam olub.

Daha dörd nəfərin xəsarət aldığı bildirilir. Onlardan ikisinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, dünyasını dəyişən şəxs gecə klubunun işçisi olub.

Son xəbərlər

Orphus sistemi