Batumidə baş vermis hadisədə xəsarət alanlar arasında azərbaycanlılar yoxdur

Batumidə baş vermis hadisədə xəsarət alanlar arasında azərbaycanlılar yoxdur 4 yaşayış evində yanğın olub
Region
18 Avqust , 2017 19:10
Batumidə baş vermis hadisədə xəsarət alanlar arasında azərbaycanlılar yoxdur

Tbilisi. 18 avqust. REPORT.AZ/ Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərində maye qaz yanacaqdoldurma stansiyasında baş vermiş güclü partlayış nəticəsində xəsarət alanlar və zərər çəkənlər arasında azərbaycanlı yoxdur.

Bunu “Report”un Gürcüstan bürosuna Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov bildirib.

R.İsmayılov deyib ki, baş konsulluq Batumi şəhər və bölgə adminstrasiyasının rəhbərləri, əlaqədar təşkilatların nümayəndələri ilə əlaqə saxlayıb. Zərər çəkənlər və xəsarət alanlar arasında azərbaycanlı yoxdur.

Qeyd edək ki, avqustun 16-da baş vermis partlayış nəticəsində ətrafda olan 4 yaşayış evində yanğın olub, bir neçə evə maddi ziyan dəyib.

Bir neçə şəxs partlayış zamanı xəsarət alıb, daha bir neçə şəxs isə psixoloji travma diaqnozu ilə xəstəxanalara müraciət edib

Son xəbərlər

Orphus sistemi