Başqırdıstanda neft şirkətinin keçmiş direktoru öldürülüb

Başqırdıstanda neft şirkətinin keçmiş direktoru öldürülüb O, Ağ Salavat çayı sahilində iti ilə gəzərkən kürəyindən iki dəfə güllələnib
Region
24 Sentyabr , 2016 09:37
Başqırdıstanda neft şirkətinin keçmiş direktoru öldürülüb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Başqırdıstanın Salavat şəhərində "Salavat neft-kimya qaz sənayesi" ("Qazprom neftxim Salavat") şirkətinin keçmiş baş direktoru Vitali Zaxarov güllələnərək öldürülüb.

"Report" "Newsru"ya istinadən xəbər verir ki, keçmiş baş direktoru ov tüfəngi ilə qətlə yetiriblər.

Məlumata görə, V.Zaxarov Ağ Salavat çayı sahilində iti ilə gəzərkən kürəyindən iki dəfə güllələnib. 

Hadisə ilə bağlı cinayət işi açılsa da, qətlin motivi haqqında açıqlama verilməyib.

Qeyd edək ki, V.Zaxarov "Qazprom neftxim Salavat" (1997-1990), "Astarxanqazprom" (2002-2005), "Həştərxan neft-qaz şirkəti"nə ("Astarxanskoy neftqazovoy kompaniya") (2006-2010) rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi