Baş Prokurorluq: Gürcüstanda hakimiyyətin devrilməsi planı olub

Baş Prokurorluq: Gürcüstanda hakimiyyətin devrilməsi planı olub Tbilisidə iyunun 20-dən 21-nə keçən gecə zor gücünə hakimiyyətin devrilməsi və qiyam planlaşdırılıb.
Region
4 İyul , 2019 15:32
Baş Prokurorluq: Gürcüstanda hakimiyyətin devrilməsi planı olub

Tbilisidə iyunun 20-dən 21-nə keçən gecə zor gücünə hakimiyyətin devrilməsi və qiyam planlaşdırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunda keçirilən brifinqdə bildirilib.

Prokuror Koka Katsitadze deyib ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi iyunun 20-i və 21-də parlamentin binası qarşısında keçirilən aksiyada kütləvi zorakılığın təşkili ilə bağlı intensiv istintaq tədbirləri həyata keçirir: “İstintaq tədbirləri, sübutlar və şahid dindirilmələri zamanı müəyyən olunub ki, iyunun 20-dən 21-nə keçən gecə bir qrup şəxs zor gücünə qiyam yolu ilə hakimiyyəti devirmək niyyətində olublar. Bu niyyətin ilkin mərhələsinin reallaşdırılması üçün Gürcüstan parlamentinə hücum, daha sonra isə bütün ölkə ərazisində cinayət əməlləri planlaşdırılıb. Bu niyyətlər hüquq mühafizə orqanları əməkdaşlarının səyləri nəticəsində neytrallaşdırılıb”.

Prokurorun sözlərinə görə, aksiya ilə bağlı aparılan istintaqın maddəsi dəyişdirilib: “İstintaq Cinayət Məcəlləsinin “Gürcüstanın konstitusion quruluşunun zorakılıqla dəyişdirilməsi məqsədilə əlbirlik və ya qiyam” maddəsi üzrə davam etdirilir. Yaxın zamanlarda təqsirləndirilən şəxslərin sayı artacaq və bu barədə mütəmadi olaraq ictimaiyyətə məlumat veriləcək”.

Son xəbərlər

Orphus sistemi