Baş nazir: “Gürcüstan regionda sülhün təminatına töhfə verməyə hazırdır”

Baş nazir: “Gürcüstan regionda sülhün təminatına töhfə verməyə hazırdır” Gürcüstan regionda sülhün təminatına töhfə verməyə hazırdır
Region
2 May , 2022 13:42
Baş nazir: “Gürcüstan regionda sülhün təminatına töhfə verməyə hazırdır”

Gürcüstan regionda sülhün təminatına töhfə verməyə hazırdır.

“Report”un yerli bürosu xəbər verir ki, bu, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Ermənistanın ədliyyə naziri Karen Andreasyanla keçirdiyi görüşdə vurğulanıb.

Tərəflər İ.Qaribaşvilinin Cənubi Qafqazda dinc qonşuluq təşəbbüsünü müzakirə ediblər.

Görüşdə Ukraynadakı müharibə və regionda təhlükəsizlik məsələləri də nəzərdən keçirilib. Bölgədə sülh, sabitliyin qorunub saxlanılması və mövcud çağırışların aradan qaldırılması üçün birgə fəaliyyətin vacibliyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi