“Gürcüstanda indiyədək koronavirusun “Hindistan ştammı”na yoluxma halı qeydə alınmayıb”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.
Onun sözlərinə görə, COVID-19-un mutasiya etmiş növləri ilə bağlı laborator araşdırmalar davam etdirilir: “İndiyədək əsasən “Britaniya ştamm”ları aşkarlanıb”.