Banqladeş səfiri Rusiya XİN-ə çağırılıb
Region
- 21 fevral, 2023
- 14:20
Banqladeşin Moskvadakı səfiri Kamrul Axsan Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
“Görüş zamanı bir sıra aspektləri Rusiya tərəfini ciddi narahat edən Banqladeşlə əməkdaşlığın hazırkı vəziyyətini müzakirə etdik”, - Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.
XİN xüsusilə diplomatik missiya rəhbərinin diqqətini ölkəsinin hakimiyyət orqanlarının Banqladeşə yük daşıyan Rusiya gəmilərinin limanlarına girişinə qadağa qoyması barədə qərarı ilə bağlı məlumatlara cəlb edib.
“Bu addım ənənəvi dostluq ikitərəfli münasibətlərinin xarakterinə uyğun gəlmir və müxtəlif sahələrdə əməkdaşlığımızın perspektivlərinə mənfi təsir göstərə bilər”, - məlumatda bildirilib.
Son xəbərlər
03:31
Almaniyada "Mercedes-Benz" şirkətinin 33 min əməkdaşı etiraz aksiyası keçirib
Digər ölkələr03:22
DÇ-2026: Argentina - Kabo Verde matçında hesab bərabərləşib - YENİLƏNİR-4
Futbol03:07
Foto
Emin İskəndərov: Cüdoçularımızın Avropa çempionatında nəticələrinin yüksək olacağına inanırdıq
Fərdi03:04
Toni Popoviç: "Penaltilər seriyasında məğlub olmaq həmişə ağırdır"
Futbol02:56
Misir millisinin baş məşqçisi Husam Hasan: "Penaltilər seriyasına ciddi hazırlaşmışdıq"
Futbol02:32
Türkiyənin nəqliyyat və infrastruktur nazirinə yeni müavin təyin edilib
Region02:03
Avropa çempionatında tarixi nəticəyə imza atan Azərbaycan cüdoçuları Vətənə qayıdıb
Fərdi01:56
Marko Curiç: Avropa İttifaqına üzvlük Serbiyanın xarici siyasətinin əsas prioritetidir
Digər ölkələr01:42