Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadığı Kvemo Bolnisi (Kəpənəkçi) kəndində xüsusi karantin rejimi aradan qaldırıla bilər.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Kvemo Kartli bölgəsinin (Borçalı) qubernatoru Şota Rexviaşvili bildirib.
Onun sözlərinə görə, kənddə koronavirusa 6 nəfər yoluxub: “Həmin şəxslərin ikisi dünyasını dəyişib. Aprelin 6-dan etibarən kənddə koronavirusa yeni yoluxma halı qeydə alınmayıb”.
Qubernator epidemioloqlara müraciət edərək onları kənddə karantin qaydalarının ləğvi ilə bağlı tövsiyələr verməyə çağırıb.