Azərbaycanlı MDBMİ-nin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru təyin edilib

Azərbaycanlı MDBMİ-nin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru təyin edilib MDBMİ-də DİM-in yaradılması və Ruslan Əliyevin oraya direktor təyin edilməsi ilə bağlı əmri universitetin rektoru Anatoli Torkunov imzalayıb
Region
25 Sentyabr , 2021 16:44
Azərbaycanlı MDBMİ-nin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru təyin edilib

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Ətraf mühitin idarə edilməsi və ekologiyasının beynəlxalq kompleks problemləri kafedrasının müdiri, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev İnstitutun Dayanıqlı İnkişaf Mərkəzinin (DİM) direktoru təyin edilib.

“Report”un Rusiya bürosunun verdiyi xəbərə görə, MDBMİ-də DİM-in yaradılması və R.Əliyevin oraya direktor təyin edilməsi ilə bağlı əmri universitetin rektoru Anatoli Torkunov imzalayıb.

İnstitutdan qeyd ediblər ki, DİM-in yaradılması ekologiya, iqlim dəyişikliyi, davamlı inkişaf, müasir beynəlxalq siyasi və iqtisadi gündəliyin, dövlət prioritetlərinin və korporativ idarəetmənin ayrılmaz bir hissəsi olan ESG təcrübələrinin tətbiqi və gücləndirilməsi sahəsində müasir çağırışlara cavab verən müvafiq addımdır.

DİM artıq MDBMİ-nin Biznes və Beynəlxalq Səlahiyyətlər Məktəbi ilə birlikdə “Dayanıqlı inkişaf menecmenti” adlı yeni magistr proqramına start verib.

Oktyabrın 14-15-də İnstitutda davamlı inkişaf və ESG transformasiyası mövzusunda birinci Rusiya açıq beynəlxalq konfransı keçiriləcək.

Son xəbərlər

Orphus sistemi