Azərbaycanın Gürcüstandakı səfirliyi Qardabaniyə ərzaq yardımı çatdırıb
- 11 aprel, 2020
- 11:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə ölkədə həyata keçirilən ərzaq yardımı kampaniyası davam etdirilir.
“Report”un yerli bürosu xəbər verir ki, bu gün azərbaycanlıların yığcam yaşadığı Qardabani rayonuna 100 aztəminatlı ailə üçün ərzaq yardımı çatdırılıb.
Ərzaq qutularının rayon rəhbərliyinə təqdim olunmasında Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Qardabani rayonunun icra başçısı Ramaz Budaqaşvili və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, aprelin 9-dan Tbilisidən start götürən yardım kampaniyası Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) maliyyə dəstəyi ilə təşkil olunub. Ötən gün ilkin tələbat qida məhsulları Marneuli və Bolnisidə yaşayan 400 ailə üçün çatdırılıb. Kampaniya azərbaycanlıların sıx yaşadıqları Gürcüstanın digər bölgələrini də əhatə edəcək. Aksiya çərçivəsndə ümumilikdə 1 000 ailəyə yardım göstəriləcək.