Azərbaycan səfiri: “Gürcüstanda Ermənistanın işğalçı ordusunu dəstəkləmək cinayətdir”

Azərbaycan səfiri: “Gürcüstanda Ermənistanın işğalçı ordusunu dəstəkləmək cinayətdir” Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Ermənistanın bu ölkədəki səfiri Ruben Sadoyanın təxribatlarına münasibət bildirib.
Region
2 Oktyabr , 2020 17:12
Azərbaycan səfiri: “Gürcüstanda Ermənistanın işğalçı ordusunu dəstəkləmək cinayətdir”
 Faiq Quliyev

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Ermənistanın bu ölkədəki səfiri Ruben Sadoyanın təxribatlarına münasibət bildirib.

“Report”un yerli bürosu xəbər verir ki, səfir Gürcüstandakı radikal erməni qruplaşmalarının fəallaşdığını qeyd edib.

F.Quliyevin sözlərinə görə, həmin qruplar Azərbaycanın Qarabağ bölgəsinə göndərilməsi üçün “könüllülər”in qeydiyyatı üzrə aksiyalar təşkil edir, xüsusən də Gürcüstan vətəndaşlarını rəsmi Tbilisinin strateji müttəfiqi olan Azərbaycana qarşı təcavüz həyata keçirən kombatantlara, qanunsuz silahlı birləşmələrin üzvlərinə çevirməyə çalışırlar: “Dünən Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyanın çağırışı ilə bu ölkənin Tbilisidəki səfirliyi qarşısında erməni icması nümayəndələrinin aksiyası təşkil edildi. İştirakçıların qarşısına çıxan sözdə “diplomat” Azərbaycanın işğal olunmuş ərazilərinin adının erməni versiyasını şüar olaraq səsləndirdi, erməni işğalçı ordusuna tərif yağdırdı, amma bir məntiqlı dəlil gətirməyə aciz qaldı.

Təcavüzü bayraq edən və 1992-ci ildə soyqırımı törətməklə, 613 Xocalı sakinini vəhşicəsinə qətlə yetirənləri tərənnüm etmək beynəlxalq hüquq baxımından cinayətdir. Bunu təcavüz və işğaldan əziyyət çəkən Gürcüstanda etmək isə əxlaq və insanı baxımdan da ikiqat cinayətdir”.

Azərbaycan səfiri Gürcüstanın dövlət qurumlarını və ictimaiyyətini qərargahı Ermənistan səfirliyi olan bu cür təxribatları qətiyyətlə pisləməyə çağırıb: “Gürcüstanda təcavüzü dəstəkləmək və sabitliyi pozmaq əvəzinə, Sadoyan üçün – əgər xəritəyə baxıb onun təriflədiyi bədnam döyüşçülərin Azərbaycanın Dağlıq Qarabağ torpaqlarında işğalçı olduğunu dərk edə bilmirsə – susmaq daha yaxşı olardı”.

Son xəbərlər

Orphus sistemi