Azərbaycan səfiri Gürcüstan patriarxı ilə görüşüb

Azərbaycan səfiri Gürcüstan patriarxı ilə görüşüb Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın patriarxı II İlya ilə görüşüb.
Region
8 Oktyabr , 2020 17:27
Azərbaycan səfiri Gürcüstan patriarxı ilə görüşüb

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstanın patriarxı II İlya ilə görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığından bildirilib.

F.Quliyev qəbula görə təşəkkür edib və II İlyaya sülhə çağırışla bağlı bəyanatlarına görə minnətdarlığını bildirib.

Patriarx Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların aparılması ilə bağlı narahatlığını bir daha ifadə edib.

Son xəbərlər

Orphus sistemi