Ayasofya haqqında qərar açıqlanacaq

Region
  • 02 iyul, 2020
  • 08:04
Ayasofya haqqında qərar açıqlanacaq
Ayasofya muzeyi

Ayasofya muzeyinin yenidən məscid kimi fəaliyyətə başlaması barədə məhkəmə qərarı 15 gün ərzində açıqlanacaq.

“Report” xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.

Bildirilib ki, 1934-cü il noyabrın 24-də Türkiyə Nazirlər Kabineti Ayasofyanın muzey kimi fəaliyyət göstərməsi haqqında qərar çıxarıb. 

Ölkənin Tarixi Əsərlər və Ətraf Mühitə Xidmət Agentliyi 2005-ci ildə bu qərarın ləğv olunması üçün məhkəməyə şikayət edib.

 

Konuşma Sonu

Bir mesaj yaz...