Bakı. 25 yanvar. REPORT.AZ/ İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenəinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əliəkbər Vilayəti Moskvaya səfər edəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, səfər fevralın 1-də başlayacaq və 4-dək davam edəcək.
Məlumata əsasən, səfər çərçivəsində Ə.Vilayəti Rusiya rəsmiləri ilə görüşəcək. Görüşlərdə iki ölkə arasında münasibətlərin tənzimlənməsi və bölgəyə dair problemli məsələlər müzakirə ediləcək.