Avropa Komissiyası Avropa Qonşuluq Siyasətinə yenidən baxılması ilə bağlı məsləhətləşmələr aparır

Avropa Komissiyası Avropa Qonşuluq Siyasətinə yenidən baxılması ilə bağlı məsləhətləşmələr aparır Bu məsələ ilə bağlı konkret təkliflər payızda veriləcək
Region
4 Mart , 2015 15:19
Avropa Komissiyası Avropa Qonşuluq Siyasətinə yenidən baxılması ilə bağlı məsləhətləşmələr aparır

Bakı. 4 mart. REPORT.AZ/ Avropa Komissiyası və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Avropa Qonşuluq Siyasətinə (AQS) yenidən baxılması ilə bağlı məsləhətləşmələr aparır. "Report" Aİ mətbuat xidmətinə istinadən xəbər verir ki, məsləhətləşmələrin yekunlarına görə Avropa Qonşuluq Siyasətinin gələcək istiqamətləri haqqında siyasi debatlar üçün çərçivə sənəd qəbul ediləcək. 

Aİ mətbuat xidmətindən bildiriblər ki, açıq müzakirələrdən sonra bu məsələ ilə bağlı konkret təkliflər payızda irəli sürüləcək.

Xatırladaq ki, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker bəyan edib ki, Avropa Qonşuluq Siyasəti Avropa Komissiyasının mandatının qüvvədə olduğu birinci il ərzində yenidən müzakirə olunacaq

AQS axırıncı dəfə 2011-ci ildə müzakirə olunub. 

Avropa Qonşuluq Siyasəti proqramına Azərbaycan, Ermənistan və Gürcüstan da olmaqla 16 ölkə daxildir. 

Son xəbərlər

Orphus sistemi