İranın Rusiyaya silah tədarükü Avropa İttifaqında müzakirə olunacaq

İranın Rusiyaya silah tədarükü Avropa İttifaqında müzakirə olunacaq Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət və hökumət başçıları dekabrın 15-də keçiriləcək sammitdə İranın Rusiyaya silah tədarükü məsələsini müzakirə edəcəklər.
Region
13 Dekabr , 2022 16:06
İranın Rusiyaya silah tədarükü Avropa İttifaqında müzakirə olunacaq

Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət və hökumət başçıları dekabrın 15-də keçiriləcək sammitdə İranın Rusiyaya silah tədarükü məsələsini müzakirə edəcəklər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Brüsseldə jurnalistlərə yüksək vəzifəli Aİ nümayəndəsi bildirib.

“Bəzi nümayəndə sammitdə müzakirə üçün İranın Rusiyaya silah tədarükü məsələsini də qaldırıblar”, - o deyib.

Diplomatın sözlərinə görə, liderlər İranda insan haqlarının vəziyyətini də nəzərdən keçirəcəklər: "Görüşün yekun sənədində İranın insan hüquqlarını pozması kəskin pislənəcək".

Qeyd edək ki, Qərb ölkələri İranın Ukraynada istifadə üçün Rusiyaya pilotsuz uçuş aparatları verdiyini açıqlayıb. Daha sonra oxşar bəyanatlar ABŞ administrasiyasının nümayəndələri tərəfindən də səsləndirilib.

Son xəbərlər

Orphus sistemi