Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə cari ilin mart ayında Brüsseldə
“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının indiki sədri, Rumıniyanın xarici işlər naziri Teodor Meleşcanu bildirib.
“Türkiyə ilə müzakirələrin davam etməsini dəstəkləyirik. Prezident Rəcəb Tayyib Ərdoğan və Avropa İttifaqı rəhbərliyini Brüsseldə bir araya gətirəcək zirvə toplantısına hazırlıq işləri görürük”, - deyə o vurğulayıb.
T.Meleşcanu bildirib ki, 2015-ci ildə Türkiyə - Avropa İttifaqının Ortaqlıq Şurası toplantısına ilk təkliflərdən biri tərəflər arasında bu qurumun toplantısının yenidən fəaliyyətə başlaması ilə bağlı olacaq: “Məqsədimiz müxtəlif məsələlərlə bağlı işləri sürətləndirməkdir. Bunlar arasında Gömrük İttifaqı da var”.
Qeyd edək ki, Ortaqlıq Şurası 3,5 ilə yaxındır toplanmır.