Avropa İttifaqı İran ətrafında yaranmış vəziyyətə dair tədbir keçirəcək

Region
  • 12 iyul, 2019
  • 09:37
Avropa İttifaqı İran ətrafında yaranmış vəziyyətə dair tədbir keçirəcək

Avropa İttifaqının (Aİ) 28 üzv ölkəsinin xarici işlər nazirlərinin iyulun 15-də keçiriləcək planlı görüşü zamanı İran ətrafında və Körfəzdə gərginliyi azaltmaq, eləcə də İranın nüvə proqramına dair Müştərək Əhatəli Planla bağlı müzakirələr aparılacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlərə Aİ nümayəndəsi bildirib.

O, iclas iştirakçılarının tərəfləri “maksimum təmkinli olmağa” çağıracaqlarını deyib: “İranın Müştərək Əhatəli Planı tam yerinə yetirməyə qayıdacağını gözləyirik. Həmçinin ABŞ-ın İrana qarşı sanksiyalarına təəssüf edirik”.