"Avropa dördlüyü"nün XİN başçıları İranın nüvə məsələsini müzakirə edəcəklər

"Avropa dördlüyü"nün XİN başçıları İranın nüvə məsələsini müzakirə edəcəklər Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini, Böyük Britaniyanın Xarici İşlər naziri Malkolm Rifkind, Almaniyanın Xarici İşlər naziri Hayko Maas və Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian (Avropa dördlüyü) bu gün İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti müzakirə edəcəklər.
Region
13 May , 2019 10:33
Avropa dördlüyünün XİN başçıları İranın nüvə məsələsini müzakirə edəcəklər

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini, Böyük Britaniyanın Xarici İşlər naziri Malkolm Rifkind, Almaniyanın Xarici İşlər naziri Hayko Maas və Fransanın Xarici İşlər naziri Jan-İv Le Drian (Avropa dördlüyü) bu gün İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti müzakirə edəcəklər.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, görüş Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.

Görüşdə İranın 2015-cü ilin iyulunda “altılıq” (ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Çin, Rusiya) ölkələri ilə imzaladığı razılaşmadakı öhdəliklərdən qismən çıxmasına dair məsələ müzakirə ediləcək.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo da Moskva səfərini təxirə salaraq müzakirələrdə iştirak etmək üçün Brüsselə gələcək.

Son xəbərlər

Orphus sistemi