ATƏT ölkələrinin səfirlərindən ibarət nümayəndə heyəti Gürcüstanda səfərdədir
- 20 iyun, 2018
- 05:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 iyun. REPORT.AZ/ ATƏT-ə üzv olan 30 ölkənin daimi nümayəndələrindən ibarət nümayəndə heyəti Gürcüstanda səfərdədir.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, ATƏT ölkələrinin səfirləri Gürcüstan prezidenti, icraedici və qanunvericilik orqanların yüksək çinli nümayəndələri ilə görüşəcəklər. Eyni zamanda ATƏT-in müşahidəçilər missiyasının rəhbərliyi və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər də planlaşdırılır.
Səfər çərçivəsində daimi nümayəndələr işğal xəttinə gedəcək və ATƏT-in maliyyələşdirilməsi ilə Sobisi kəndində həyata keçirilən layihə ilə tanış olacaqlar.
Səfirlər iyunun 21-də Tbilisidən Bakıya gələcəklər. Onlar paytaxtımızda Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər.