ATƏT-in Türkiyəyə göndərdiyi müşahidəçilərdən birinin PKK-nın fəal dəstəkçisi olduğu üzə çıxıb

ATƏT-in Türkiyəyə göndərdiyi müşahidəçilərdən birinin PKK-nın fəal dəstəkçisi olduğu üzə çıxıb O, Almaniya Sol Sosialist Partiyasından Bundestaqın və Avropa Şurası Parlament Assambleyasının üzvüdür
Region
18 Aprel , 2017 14:51
ATƏT-in Türkiyəyə göndərdiyi müşahidəçilərdən birinin PKK-nın fəal dəstəkçisi olduğu üzə çıxıb

Bakı. 18 aprel. REPORT.AZ/ Türkiyədə keçirilən referenduma ATƏT-in göndərdiyi müşahidəçi Andrey Hunko terrorçu PKK-nın dəstəkçisi imiş.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasından millət vəkili, parlamentin İnsan haqları araşdırma komissiyasının sədri Mustafa Yeneroğlu sosial şəbəkədəki səhifəsində bunu paylaşıb.

Avropa Şurasının cənub-şərqə (Türkiyənin bu bölgəsini nəzərdə tutur – “Report” ) göndərdiyi müşahidəçi PKK dəstəkçisi, Sol Partiyadan millət vəkili Hunkonun saxta hesabatı təəccübləndirməməlidir”, - deyə A.Hunkonun PKK rəmzi ilə çəkdirdiyi fotonu paylaşan Mustafa Yeneroğlu vurğulayıb.

Qeyd edək ki, Andrey Konstantin Hunko 1963-cü ildə Almaniyada anadan olub. Almaniya Sol Sosialist Partiyasından Bundestaqın və Avropa Şurası Parlament Assambleyasının üzvüdür.

Xatırladaq ki, ATƏT, Avropa Şurası və Avropa İttifaqının müşahidəçiləri Türkiyədə keçirilən referendumun nəticələri barədə ortaq bəyanat yayaraq onun “Avropa standartlarına uyğun olmadığı”nı bildiriblər. 

Son xəbərlər

Orphus sistemi