ATƏT-in Baş katibi Türkiyədə səfərdədir

ATƏT-in Baş katibi Türkiyədə səfərdədir ATƏT-in Baş katibi Helqa Şmid Türkiyədə səfərdədir.
Region
7 Avqust , 2022 11:24
ATƏT-in Baş katibi Türkiyədə səfərdədir

ATƏT-in Baş katibi Helqa Şmid Türkiyədə səfərdədir.

"Report"un yerli bürosu xəbər verir ki, Baş katib 7-9 avqust tarixlərində 13-cü Səfirlər Konfransında iştirak edəcək.

Eyni zamanda ATƏT-in Baş katibi Helqa Şmid Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ikitərəfli görüş keçirəcək.

Görüş zamanı aktual regional və beynəlxalq problemlərin, xüsusilə də Ukraynadakı proseslərin müzakirə edilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi