ATƏT-in baş katibi: Ermənistanda parlament seçkilərinə hazırlıq üçün az vaxt qalıb

Region
  • 02 noyabr, 2018
  • 17:55
ATƏT-in baş katibi: Ermənistanda parlament seçkilərinə hazırlıq üçün az vaxt qalıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Ermənistanda dekabrın 9-da keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə hazırlıq üçün hökumət tərəfindən kifayət qədər az vaxt qoyulub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın “Valday” müzakirə klubunda nitq söyləyən ATƏT-in baş katibi Tomas Qreminger deyib.

“Bu vaxtı həqiqətən də az hesab etsəm də, təəccüblənmədim. Çünki Ermənistanın müvəqqəti hökuməti hamını ətrafında birləşdirməyi, cəmiyyət tərəfindən legitimliyinin dəstəklənməsini istəməsi aydındır”, - deyə baş katib qeyd edib.

Xatırladaq ki, ötən gün Ermənistan prezidenti Armen Sərkisyan parlamentin buraxılması və 9 dekabrda yeni parlament seçkilərinin keçirilməsi ilə bağlı fərman imzalayıb. Bundan bir az əvvəl parlament ikinci turda baş naziri seçməyib. Qanuna görə bu halda parlament buraxılmalıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti